Alış Satış
USD 1.6660 1.7680
RUB 0.0252 0.0267
EUR 1.9088 2.0257

AVTOMOBİLLƏRİN SƏRFƏLİ ŞƏRTLƏRLƏ İCARƏSİ VƏ KİRAYƏSİ

NASCAR RENT A CAR BAKU Avtomobillərin İcarəsi Şirkəti 2006-ci ildə təsis edilib və fəaliyyətə başladığı gündən özünü etibarlı və peşəkar partnyor kimi tanıdaraq, Azərbaycanın avtomobil biznesində yaxşı mövqe tutmağa nail olmuşdur. 2006-ci ildən şirkətimiz avtomobillərin icarəyə verilməsi üzrə xidmət göstərir və hal-hazırda bu sahəni müvəffəqiyyətlə inkişaf etdirməkdədir. NASCAR RENT A CAR Avtomobillərin İcarəsi Şirkəti öz xidmətlərini ölkəmizin vətəndaşlarına və xarici qonaqlara məmnuniyyətlə təklif edir.

Avtomobillərin sürücü ilə və sürücüsüz icarəyə verilməsi üzrə xidmətlər, tətbiq edilən tariflərin və kampaniyaların müxtəlifliyi, geniş avtomobil parkı ən tələbkar müştərilərin istəklərini və zövqlərini təmin etməyə imkan verəcəkdir. Xidmətlərə verilən zəmanətlərin və xidmətlərin keyfiyyətini təmin etmək üçün biz, öz müştərilərimizə avtomobili idarə etmək üçün lazım olan sənədlərin tam paketini təklif edirik.

Müqavilənin tərtibi və imzalanması müddəti cəmi 10 dəqiqə təşkil edir. Bundan sonra avtomobil Sizindir! NASCAR RENT A CAR BAKU Avtomobillərin İcarəsi Şirkətinin avtomobil parkı müxtəlif çeşidli avtomobillərin tam spektri ilə təqdim olunur.

Bizim parkımızda olan avtomobillər daim təzələnir. NASCAR RENT A CAR BAKU Avtomobillərin İcarəsi Şirkəti, həmçinin, yüksək peşəkarlığa malik olan sürücü heyəti, korporativ müştərilərə də öz xidmətlərini təklif edir. Bütün avtomobillər hər bir yol-nəqliyyat hadisəsi üçün tam sığorta paketinə malikdir ki, bu da baş verən problemlərin operativ surətdə həll olunmasını asanlaşdırır. Siz avtomobili həm (+994 70) 2901070 nömrəli qaynar xətdən istifadə etməklə, həm də internet vasitəsilə rezervasiya edə bilərsiniz. 

Avtomobil İcarəsi Xidməti çərçivəsində:

✔️ Sürücüsüz qısamüddətli və uzun müddətli maşınların icarəsi;
✔️ Sürücüylə avtomobil kirayəsi;
✔️ Toy kortecləri üçün VIP avtomobillərinin icarəsi;
✔️ Avtobusların və mikroavtobusların kirayəsi;
✔️ Şəhər üzrə transfer xidmətləri;
✔️ H.Əliyev adına Bakı Beynəlxalq Hava Limanına (limanından) qarşılanma ya da yola salma xidməti.

Bizim əsas üstünlüklərimiz:

✔️ Geniş avtomobil parkı. Bizim əsas üstünlüyümüz icarəyə verilən avtomobilləri siniflərə uyğun deyil, konkret modellərə uyğun şəkildə müştərilərimizə təklif etməkdir.
✔️ Ən münasib qiymətlər. Biz hər zaman müştərilərin rahatlığını və büdcələrini düşünərək, ən münasib qiymətlərlə avtomobil icarəsini təklif edirik.
✔️ Biz 24/7 reijmində işləyirik. Siz, günün istənilən vaxtı bizimlə əlaqə quraraq istədiyiniz avtomobili icarəyə götürə bilərsiniz.
✔️ Onlayn avtomobil sifarişi. Bizə zəng etməkdə hər hansı çətinliklə qarşılaşmısınız? O zaman Siz, icarəyə götürmək istədiyiniz avtomobili birbaşa veb saytımızdan sifariş verə bilərsiniz. Sifarişinizlə bağlı menecerlərimiz ən qısa zamanda sizinlə əlaqə yaradacaqlar.
✔️ İcarəyə götürmək istədiyiniz avtomobilin çatdırılması. İcarələmək istədiyiniz avtomobili götürmək üçün ofisimizə gəlməyə ehtiyac yoxdur. Biz, ən qısa müddətdə istədiyiniz yerə çatdıracağıq.
✔️ Konsyerj xidməti. İstər otel rezervasiyası, istərsə də ən yaxşı turlar və digər turizm məhsullarıyla bağlı suallarınıza 24/7 dəstək veririk.
✔️ Yolda yardım xidməti. Yanacağınız tükənir? Təkərinizi və ya akkumulyatorunuzu dəyişdirməlisiniz? Bizə bildirin və mütəxəssislərimiz sizə kömək edəcəklər.

NASCAR RENT A CAR BAKU avtomobil kirayəsi şirkətinin avtoparkında müxtəlif konfiqurasiyaya malik müxtəlif markalı və modelli avtomobillərin geniş seçimi var. Seçiminizə görə Amerika, Almaniya, Yaponiya və Koreya avtomobil istehsalçılarının ən yaxşı modellərini təqdim edirş Bunlar arasında: Mercedes, BMW, Toyota, Lexus, Bentley, Hyundai, Kia, Nissan, Chevrolet və s. göstərə bilerik. 

NASCAR RENT A CAR BAKU Avtomobillərin İcarəsi Şirkəti ilə avtomobillərin icarəsi və kirayəsi daha sadə və əlverişli olur. Elə indi zəng edin və xidmətlərimizdən istifadə etməyə tələsin!